Rubio Livan Prezidenti ilə telefon danışığı apardı

Rubio Livan Prezidenti ilə telefon danışığı apardı

ABŞ Dövlət katibi Mark Rubio ilə Livan Prezidenti Cosef Aun arasında telefon danışığı baş tutub.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Livanda və Yaxın Şərqdə son proseslər ilə bağlı müzakirələr aparılıb.

Rubio ABŞ-nin Livana dəstəyini və “Hizbullah”ın silahsızlaşdırılmasının vacibliyini vurğulayıb.

Rubio Livanın dövlət rəhbərinin diqqətinə çatdırıb ki, ABŞ hər zaman Livanın yanındadır və Vaşinqton Livanda sabitlik və təhlükəsizliyin, dövlət hakimiyyətinin ölkənin bütün ərazisinə nəzarətinin təmin edilməsi və Livanın qanuni institutlarına dəstək olmağa hazırdır.  

Cosef Aun da öz növbəsində Rubioya ABŞ-nin dəstəyinə görə təşəkkür edib və İsrail hücumlarının "hərtərəfli atəşkəs" çərçivəsində dayandırılmasının zəruriliyini vurğulayıb. 

Yunis Abdullayev 
“Cebheinfo.az”