Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır

Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır

Yaponiya yeni iqtisadi artım strategiyası çərçivəsində 2040-cı ilədək ümumi dövlət və özəl investisiyaların hədəf göstəricisini təxminən 2,3 trilyon dollar həcmində müəyyən etmək niyyətindədir.

"Cebheinfo.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 370 trilyon yen həcmində investisiya proqramı süni intellekt, yarımkeçiricilərin istehsalı daxil olmaqla 17 strateji sahəni əhatə edəcək.

Strategiyanın artıq gələn həftə hökumət tərəfindən təqdim ediləcəyi gözlənilir.

Bildirilib ki, Yaponiyanın Baş naziri Sanae Takaiti özəl sektor tərəfindən investisiyaları stimullaşdırmaq üçün dövlət xərclərindən istifadə etməyi nəzərdə tutur.

Bundan əlavə, hökumət ölkənin iqtisadi təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən layihələrin sabit maliyyələşdirilməsini təmin etmək məqsədilə çoxillik büdcə sisteminin yaradılması imkanını nəzərdən keçirir. Xərclərin bir hissəsi xüsusi borc alətlərinin buraxılması hesabına qarşılana bilər.

"Cebheinfo.az"