İran-ABŞ danışıqları bərpa olunur?

İran-ABŞ danışıqları bərpa olunur?

İsveçrənin 2 gün ərzində ABŞ və İran arasındakı danışıqlara ev sahibliyi edəcəyi iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, Pakistan hökumətindəki mənbələr ABŞ ilə İran arasında İsveçrədə "1-2 gün ərzində" texniki səviyyədə danışıqların başlamasının gözlənildiyini irəli sürüb.

Vasitəçilik prosesindən xəbərdar olan bir mənbə, "Pakistan digər vasitəçilərlə birlikdə İslamabad Memorandumunun növbəti mərhələsinə başlamaq üçün 1-2 gün ərzində İsveçrədə bir araya gəlməsi gözlənilən hər iki tərəflə də təmasdadır", - deyə bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"