Rusiyada beton sığınacaqlar inşa olunur

Rusiyada beton sığınacaqlar inşa olunur

Sankt-Peterburqun Kronştad rayonu ərazisində Ukraynanın pilotsuz uçan aparatlarının (PUA) mümkün hücumlarından qorunmaq üçün sertifikatlı beton sığınacaqların tikintisinə başlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, rəsmi şəxslər bildiriblər ki, bu qurğular hücum halında əhali üçün müvəqqəti sığınacaq təmin etmək üçün nəzərdə tutulub.

Kronştad rayon administrasiyası beton sığınacaqların bu ərazilərdə inşa olunacağını qeyd edib:

*Çapa meydanı ərazisində

* Zosimova küçəsi 8, "Incheon" parkının yaxınlığında

*16-cı mikrorayon ərazisində 

*Litke və Kronştad magistralı kəsişməsindəki avtobus dayanacağının yaxınlığında.

Sığınacaqların quraşdırılması Rusiya üzrə dron hücumlarının artdığı bir dövrə təsadüf edir.

Son altı saat ərzində Rusiya hava müdafiə sistemləri ölkə üzrə 216 Ukrayna dronunu məhv edib. Bu hücumlar, xüsusilə Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Kronştad administrasiyası vurğulayıb ki, bu tədbir "ictimai təhlükəsizliyi təmin etmək" səylərinin bir hissəsidir.

Məqsəd hücum halında mülki şəxsləri qısa zamanda sığınacaqlara yönləndirməkdir.

Nigar Hacılı 
"Cebheinfo.az"