Tusk: "Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir"
Polşanın Baş naziri Donald Tusk Polşa və Ukrayna siyasətçilərinin qarşıdurmaya sürüklənməsini ciddi strateji səhv adlandırıb.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
“Polşa və Ukrayna siyasətçilərinin münaqişəyə cəlb edilməsi strateji səhvdir. Bu, hər iki tərəfə biznes, geosiyasət və reputasiya baxımından ciddi zərər vuracaq. Siyasətdə isə səhv bəzən cinayətdən də pis olur”, - deyə Tusk bildirib.
Polşa hökumət başçısı əlavə edib ki, hazırda Avropadakı tərəfdaşları ilə birlikdə gərginliyi azaltmaq və kompromis həll yolları tapmaq üçün çalışır.
"Cebheinfo.az"

