ABŞ Energetika Nazirliyi: İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçib

ABŞ Energetika Nazirliyi: İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçib

Son iki sutka ərzində Hörmüz boğazından 100-dən çox ticarət gəmisi keçib.

"Report" xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "ABC News" telekanalına müsahibəsində bildirib.

"Srağagün 55, dünən isə 67 gəmi keçib. Neft və neft məhsullarının daşınma həcmlərinə gəldikdə onlar təxminən müharibədən əvvəlki səviyyəyə uyğundur", - deyə o qeyd edib.

Rayt ABŞ-də benzinin ucuzlaşması müddəti ilə bağlı proqnoz verməkdən çəkinib, lakin ABŞ-İran danışıqlarının nəticələrindən asılı olmayaraq, yanacağın qiymətinin aşağı düşəcəyinə əminliyini ifadə edib.

"Boğazlardan neft və qaz tədarükü normallaşıb. Bu, İranla danışıqların necə inkişaf edəcəyindən asılı olmayaraq, belə də davam edəcək. ABŞ-də enerji resurslarının hasilatı artırılır, Venesuelada istehsal artır, biz dünyanın digər enerji daşıyıcıları istehsalçıları ilə əməkdaşlıq edirik. Hesab edirəm ki, amerikalıların enerji resurslarının qiymətlərinin ucuzlaşmasının davam etməsini gözləməyə haqqı var", - o vurğulayıb.

Xatırladaq ki, ötən gün İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının yenidən bağlandığını bəyan edib.

"Cebheinfo.az"