ABŞ-da təyyarə qəzaya uğrayıb: 3 İsrail vətəndaşı ölüb
Gecə saatlarında ABŞ-ın Merilend ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Təyyarənin qəzaya uğraması nəticəsində üç İsrail vətəndaşı - pilot və iki sərnişin həyatını itirib.
Qəzanın səbəbi hələlik məlum deyil.
"Cebheinfo.az"


