İran-ABŞ danışıqları: Əvvəlcə nədən başlayacaqlar?

İran-ABŞ danışıqları: Əvvəlcə nədən başlayacaqlar?

İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub.

"Mehr" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verub.

İsmayıl Bəqayi deyib ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq:

“Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək”.

"Cebheinfo.az"