ABŞ-İran danışıqlarında TƏCİLİ GÖRÜŞ

ABŞ-İran danışıqlarında TƏCİLİ GÖRÜŞ

İsveçrədə sülh danışıqlarının ilk günü üçün İsrail ilə Livanda yerləşən “Hizbullah” hərəkatı arasındakı münaqişənin həlli üçün təcili görüş keçiriləcək.

Bu barədə qərar görüş cədvəlinə əlavə edilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən bir diplomat “CBS News”-a bildirib. 

Bu məsələ ABŞ və İran nümayəndə heyətləri danışıqlara başladığı ilk görüşdə müzakirə olunacaq.

Vitse-prezident Vens şənbə günü İsveçrəyə yola düşüb, İran nümayəndə heyəti də artıq gedib.

Qətər və Pakistandan olan vasitəçilər də danışıqlarda iştirak edirlər.

İsveçrədəki danışıqlarda nə İsrail, nə “Hizbullah”, nə də Livan hökuməti iştirak edir.

Media hesab edir ki, İrana İsrail və “Hizbullah” arasındakı münaqişəni danışıqlara daxil etməyə icazə verilməsi ABŞ strategiyasında dəyişiklik deməkdir.

Xəzər
“Cebheinfo.az”