Günəşdə güclü partlayışlar baş verdi

Günəşdə güclü partlayışlar baş verdi

İyunun 21-də səhər saatlarında Günəşdə son iki həftə yarım ərzində ən güclü partlayış baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata əsasən, M2.6 sinfinə aid partlayış Bakı vaxtı ilə 06:46-da qeydə alınıb.

Mütəxəssislər, həmçinin M1.0 və M1.3 siniflərinə aid edilən daha iki güclü partlayış da qeydə alıblar.

"Cebheinfo.az"