Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb

Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb

Pakistan Baş nazir Şahbaz Şərif və feldmarşal Seyid Asim Munir İsveçrədə Vaşinqton və Tehran arasında danışıqlar ərəfəsində ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə Geo.tv məlumat yayıb.

ABŞ və İran texniki səviyyəli danışıqların 4 gün davam edəcəyi gözlənilir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirib ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq. Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.

"Cebheinfo.az"