Rusiyada uşaq düşərgəsinə hücum: Xəsarət alanlar var - VİDEO
Rusiyanın Tuva Respublikasında 2001-ci il təvəllüdlü şəxs Çağıtay gölü sahilində yerləşən "Orlyonok" uşaq düşərgəsinə daxil olaraq uşaqlara hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
TASS agentliyinin yazdığına görə, hadisə nəticəsində 13 uşaq xəsarət alıb. Korpusda ümumilikdə 30 nəfər olub.
Polisin məlumatına əsasən, həmin şəxs sərxoş vəziyyətdə olub. O, düşərgənin əməkdaşları tərəfindən saxlanılaraq hadisə yerinə gələn polis əməkdaşlarına təhvil verilib. Həkimlər xəsarət alan uşaqları müayinə edib və onlara lazımi yardım göstəriblər.
Müstəntiqlər xuliqanlıq maddəsi ilə cinayət işi açıblar. İstintaq Komitəsinin əməkdaşları düşərgədə təhlükəsizliyə cavabdeh olan vəzifəli şəxslərin hərəkətlərinə və ya fəaliyyətsizliyinə hüquqi qiymət verəcəklər.
Hücumun təfərrüatı araşdırılır.
https://t.me/aznovost/167827?single
"Cebheinfo.az"


