İran müharibədə qalibdir: İsraillilərin 92 faizi belə düşünür
İsraillilərin böyük əksəriyyəti İranla müharibəyə və sonradan ABŞ ilə bağlanan razılaşmaya mənfi baxır.
“Cebheinfo.az” “The Times of Israel”-ə istinadən xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 92,1%-i Tehranın qalib gəldiyinə inanır.
İbrani Universitetinin sorğusuna görə, respondentlərin 82,9%-i kampaniyanın İsrailin uzunmüddətli təhlükəsizliyini zəiflətdiyinə, 86,0%-i isə nəticələrinə mənfi baxır.
Bundan əlavə, İsrail Baş naziri Benyamin Netanyahunun İsrailin əhəmiyyətli irəliləyiş əldə etdiyini və mövcudluq təhlükəsini aradan qaldırdığını iddia etməsinə 72,5% rsspondent inanmır. İsraillilərin 87,8%-i isə ölkənin məqsədlərinə və ya yalnız bəzi məqsədlərinə çata bilmədiyinə inanır.
Netanyahunun fəaliyyətinə gəldikdə, respondentlərin 56,4%-i Baş nazirin seçki kampaniyasını səhv idarə etdiyinə və ya uğursuz olduğuna inanır.
Bu arada, bir sorğuda israillilərin 48,2%-i ABŞ Prezidenti Donald Trampla toqquşma riski olsa belə, Livanın “Hizbullah” hərəkatına qarşı böyük hərbi əməliyyatların bərpasını dəstəkləyib.
Sorğu 17-20 iyun tarixləri arasında Agam İnstitutu tərəfindən İbrani Universiteti ilə əməkdaşlıq çərçivəsində aparılıb.
Sorğuda 17 yaş və yuxarı 3644 israilli ilə müsahibə aparılıb.
Xəzər
“Cebheinfo.az”


