Cəlilabad boksçusu "Olimpiya Ümidləri" beynəlxalq turnirinin qalibi olub

Cəlilabad boksçusu "Olimpiya Ümidləri" beynəlxalq turnirinin qalibi olub

Cəlilabad Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Əli Baxışov (60 kq) beynəlxalq turnirdə fərqlənib.

"Cebheinfo.az" xəbər verir ki, Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən "Olimpiya Ümidləri" beynəlxalq turnirində finalda İtaliyalı boksçunu məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, turnir 18-20 iyun tarixlərində keçirilib.

"Cebheinfo.az"