Marketlərdə yumurta qəhətə çəkilib
Son günlər marketlərdə broyler yumurtasının ədədinin qiyməti 3-4 qəpiyə qədər ucuzlaşıb. Bəzi marketlərdə hətta 1 qəpiyə də yumurta təklif edildiyinə dair məlumatlar var.
“Cebheinfo.az” xəbər verir ki, havanın istiləşmsi səbəbindən istehlakın və ixracın azalması qiymətlərdə ucuzlaşma yaradıb. Ancaq maraqlıdır ki, son 3 gündə marketlərdə yumurta tapmaq problemə çevrilib.
Belə ki, marketlərdə erkən saatlar istisna olmaqla gün ərzində yumurta tapılmır. Satıcılar bunu qiymət ucuzluğu səbəbindən alıcıların daha çox yumurta almasıyla əlaqələndirirlər.
Bəzi marketlər isə qiymətlər və satış belə qalacağı təqdirdə, yumurta alışına limiti tətbiq edilə biləciyini istisna etmir. Bu üsul adətən böyük marketlərdəki endirim kampaniyalarında tətbiq olunur.
Xəzər
“Cebheinfo.az”


