Xameneyinin müşaviri: "ABŞ danışıqlara çarəsizsə səy göstərir"
"Amerika İranı "güc vasitəsilə sülh" strategiyası ilə təslim olmağa məcbur etməli olduğu düşünülürdü.
İndi uğursuzluğa düçar olduqları üçün danışıqlara çağırış edirlər".
"Cebheinfo.az" xəbər verir ki, bu fikri İranın Ali Liderinin müşaviri Möhsün Rezayi bildirib.
"Lakin düşmən vədlərinə əməl etmədiyini göstərdi. Ehtiyatlı olmalıyıq, istənilən nikbinlik düşmən tərəfindən istismar ediləcək", -deyə Rezai sosial mediada yazıb.
Qeyd edək ki, İran, ABŞ, Pakistan və Qətərdən olan nümayəndə heyətləri hazırda sülh danışıqlarının keçirilməsi planlaşdırılan İsveçrədəki Bürgenstok kurortundadır.
Bu arada, Vaşinqton və Tehran arasındakı razılaşmalara baxmayaraq, İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir.
Xəzər
"Cebheinfo.az"


