Xərçəngin metastazının qarşısı ALINACAQ

Xərçəngin metastazının qarşısı ALINACAQ

San Paulo Federal Universitetinin alimləri xərçəngin müalicəsi və metastazın qarşısının alınması üçün perspektivli terapevtik hədəfə çevrilə biləcək hüceyrə səthi molekulunu kəşf ediblər.

“Cebheinfo.az” xəbər verir ki, “Cytotechnology” jurnalında dərc olunan tədqiqat şiş hüceyrələrinin davranışında sindekan-4 reseptorunun (SDC4) əsas rolunu nümayiş etdirib. Həddindən artıq ifadə edildikdə, şiş hüceyrələrinə yaşamağa və aktiv şəkildə çoxalmağa imkan verən bir növ "qorunma" təmin edir.

Müəlliflər deyirlər ki, hüceyrələrin normal olaraq toxuma və hüceyrədənkənar matrisə bağlanması lazımdır. Normal bir hüceyrə toxuma ilə təmasını itirərsə, anoikis ("bağlanmanın olmamasından ölüm") adlanan özünüməhv etmə mexanizmi işə düşür. Lakin xərçəng hüceyrələri bu mexanizmi keçə bilir və bu da onların qanda yaşamasına, metastazlar əmələ gətirməsinə imkan verir.

Laboratoriya təcrübələrində tədqiqatçılar SDC4-dən məsul olan genin fəaliyyətini basdırıblar və əks effekti müşahidə tdiblər. Şiş hüceyrələri aqressiv xüsusiyyətlərini itirib və proqramlaşdırılmış hüceyrə ölümünə həssas olublar. Tədqiqat rəhbəri professor Karla Kristina Lopezin qeyd etdiyi kimi, SDC4-ün bloklanması metastazın qarşısını almaqda mühüm addım ola bilər.

Alimlər, həmçinin SDC4-ün p27, siklinlər və CDK kompleksləri kimi əsas molekulları tənzimləməklə hüceyrə dövrünə təsirini aşkar ediblər. Onun yatırılması hüceyrə bölünməsi üzərində nəzarəti artırır və onların nəzarətsiz böyümə qabiliyyətini azaldır.

Ən əsası, SDC4-ün söndürülməsi hüceyrələri toxuma bağlanmadan yaşamaq qabiliyyətindən məhrum edir və bu da onların aqressivliyini və invaziv potensialını kəskin şəkildə azaldır.

Tədqiqatçılar hazırda kannabidiolun (CBD) SDC4 aktivliyinə və ya əlaqəli siqnal yollarına təsir göstərə biləcəyini araşdırırlar, lakin bu tədqiqatın erkən mərhələdə olduğunu vurğulayırlar.

Xəzər
“Cebheinfo.az”