Qaret Beyl müasir futbolu sərt tənqid etdi: "Şahmata oxşayır"

Qaret Beyl müasir futbolu sərt tənqid etdi: "Şahmata oxşayır"

"Real Madrid" və "Tottenhem"in keçmiş futbolçusu Qaret Beyl müasir futbolun təkamülünü tənqid edərək bildirib ki, sərt taktiki çərçivələr ucbatından azarkeşlər demək olar ki, parlaq emosiyalardan məhrum olublar.

Oxu.Az bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.

"Xüsusilə son beş ildə məşqçinin rolu daha dominant, yanaşma isə daha taktiki xarakter alıb. Futbol artıq qarşılıqlı hücumlar (qapıdan qapıya) oyunu deyil. Bu, daha çox şahmata bənzəyir ki, bu da o qədər də həyəcanlı deyil... Artıq o qədər də çox driblinq görmürsünüz, oyunçuların özləri də bunu etmirlər.

Ola bilsin ki, məsələ məşqçilərin onlara belə tapşırıq verməsindədir. Amma yenə də sizi yerinizdən sıçramağa məcbur edə biləcək Mbappe, Lamin Yamal və Vinisius Junior kimi az da olsa oyunçular qalmaqdadır. Lakin, bəlkə də, sadəcə məşqçilər onlara risk etməyə icazə vermədiyi üçün belə oyunçuların sayı çox deyil", - deyə Uels millisinin sabiq futbolçusu əlavə edib.

"Cebheinfo.az"