Ukrayna PUA komandanı: “Krımdan hücumlar artıq effektiv deyil”
Ukrayna Silahlı Qüvvələrinin PUA Sistemləri Qüvvələrinin komandanı Robert Brovdı (Madyar) Krımın demilitarizasiyası ilə bağlı yeni mərhələni şərh edib.
O bildirib ki, HHM sistemlərinin sıradan çıxarılması, hərbi texnikanın məhv edilməsi, kölgə logistikasına zərbələr, resursların tükənməsi, enerji infrastrukturunun zəifləməsi, nəqliyyat məhdudiyyətləri və turizm sektorunun iflici yarımadanın hərbi potensialını ciddi şəkildə azaldır.
Komandanın sözlərinə görə, Krımın Rusiya tərəfindən "müharibənin əsas qəniməti və imperiya simvolu" kimi saxlanılmasına baxmayaraq, yarımadadan Ukraynaya hücumlar üçün istifadə olunması artıq hərbi baxımdan effektivliyini itirir.
Brovdı qeyd edib ki, hazırkı vəziyyət Krımın hərbi baxımdan "pladstarm" kimi istifadəsini getdikcə daha az mümkün edir.
"Cebheinfo.az"


