Məşhur düşərgədə dəhşət: Uşaqları…
21 iyun gecəsi naməlum şəxs Çağıtay gölündə yerləşən “Orlyonok” uşaq düşərgəsinin ərazisinə girib və iğtişaş yaradıb.
“Cebheinfo.az” xəbər verir ki, hadisə barədə regional Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Tandinski Bələdiyyələrarası Polis İdarəsinə təcili yardım zəngi daxil olub.
2001-ci il təvəllüdlü, ağır sərxoş vəziyyətdə olan gənc oğlan düşərgənin birmərtəbəli yataqxanalarından birinə girib. Hücumçu mebelləri sındıraraq və yatan uşaqlara hücum edib.
Düşərgə işçiləri onu sakitləşdirib hüquq-mühafizə orqanları gələnə qədər saxlaya biliblər. Hücum nəticəsində bir neçə azyaşlı yaralanıb. Zərərçəkənlər hadisə yerində təcili yardım işçiləri tərəfindən müayinə edilib və lazımi tibbi yardım göstərilib.
Xəzər
“Cebheinfo.az”


