III kurs tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi vəfat edib.
Bununla bağlı filialın “Instagram” hesabında paylaşım edilib.
Bildirilib ki, universitetin III kurs tələbəsi Aysun Beyrək qızı Məmmədova xroniki böyrək çatışmazlığından dünyasını dəyişib.
"Cebheinfo.az"

