İsrail Müdafiə Ordusu HƏMAS-ın iki yaraqlısının öldürüldüyünü açıqlayıb
Ötən həftənin sonunda İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində HƏMAS hərəkatının iki yaraqlısı öldürülüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında deyilir.
Şənbə günü Qəzza zolağının şimal hissəsinə endirilən aviazərbə nəticəsində HƏMAS-ın "Qərbi Cəbaliyə" batalyonunun mühəndislik şöbəsinin rəisi Əhməd Munir Xəlil Zaza öldürülüb. O, silahların istehsalı və batalyonun yaraqlıları arasında paylanmasında iştirak edib, həmçinin evlərdə partlayıcı qurğuların və tələ-minaların hazırlanmasına görə məsul olub.
Qəzza zolağının şimalına endirilən daha bir zərbə nəticəsində HƏMAS-ın Qəzza şəhərindəki snayper qrupunun komandiri Hüseyn Səfadi öldürülüb. O, Qəzza şəhəri ərazisində fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı snayper hücumları hazırlayırdı.
"Cebheinfo.az"

