Sahibə Qafarova Xameneyinin vida mərasiminə gedəcək
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin vida mərasimində iştirak edəcək.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Əli Xameneyinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qumdakı vida mərasimindən sonra Ayətullah Seyid Əli Xameneyi öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xameneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.
Daha sonra onun yerinə oğlu Müctəba Xameneyi seçilib.
"Cebheinfo.az"

