Bu həftə 4 gün işləyəcəyik
Azərbaycanda bu həftə iş qrafiki qısalır.
"Cebheinfo.az" xəbər verir ki, ölkədə cəmi 4 iş günü olacaq, vətəndaşlar isə 3 günlük ardıcıl istirahət imkanı əldə edəcəklər.
Buna səbəb 26 İyun – Silahlı Qüvvələr Gününün cümə gününə təsadüf etməsidir.
Qanunvericiliyə əsasən, bu tarix qeyri-iş günü hesab olunur.
27 və 28 iyun tarixləri isə şənbə və bazar günlərinə düşdüyündən, həftəsonu ilə birlikdə ardıcıl istirahət günləri formalaşır.
Beləliklə, bu həftə yalnız 4 iş günü olacaq, 26–28 iyun tarixləri isə qeyri-iş günləri kimi qeyd ediləcək.
"Cebheinfo.az"

