43 yaşlı kişi kanalda boğuldu
Kürdəmirdə 43 yaşlı kişi kanala düşərək boğulub.
Rayonun Şüşün kənd sakini 1983-cü il təvəllüdlü Rəşad Cəfərov kəndin ərazisindən keçən su kanala düşərək boğulub.
R.Cəfərovun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

