Məktəbdə silahlı hücum: Filippində 3 şagird öldürüldü

Məktəbdə silahlı hücum: Filippində 3 şagird öldürüldü

Filippində bir liseyə təşkil edilən silahlı hücumda ilkin məlumatlara görə 3 şagird həyatını itirib, 5 şagird isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Filippin polisi iki kişi şübhəlinin "San Jose" Milli Liseyinə silahlı hücum etdiyini açıqlayıb.

Rəsmilər hadisədə 3 şagirdin dünyasını dəyişdiyini, 5 şagirdin isə yaralandığını bildiriblər.

Hücumla əlaqəsi olan iki şübhəlinin saxlanıldığını qeyd edən polis onlardan birinin hücumun baş verdiyi liseyin şagirdi olduğunu ifadə edib.

Polis hadisədən sonra məktəb ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə qüvvələr cəlb edib.

1500-dən çox şagirdin təhsil aldığı liseydə baş verən silahlı hücumun səbəbləri araşdırılır.

Nigar Hacılı 
"Cebheinfo.az"