Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşüb
Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.
Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur.
Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib.
Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
"Cebheinfo.az"

