Hikmət Hacıyev: "Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir"

Hikmət Hacıyev: "Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir"

"Azərbaycan və Türkmənistan prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

"İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir", - deyə o qeyd edib.

"Cebheinfo.az"