Müxalifətlə iqtidar dalaşdı: Erməni ağsaqallar bir-birinə butulka atdı - VİDEO
İyunun 23-də İrəvan Ağsaqqallar Şurasının iclasında hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri ilə müxalifət arasında dava düşüb.
“Cebheinfo.az” xəbər verir ki, "Ana Ermənistan" müxalifət blokunun üzvləri hakim partiyanı seçki pozuntularında ittiham ediblər. Bu, İrəvan merinin müavini Armen Pambuxçyanın reaksiyasına səbəb olub. Mübahisə davayla nəticələnib.
Xüsusilə Pambuxçyan "Ana Ermənistan" Partiyasının lideri Andranik Tevanyanın dövlətə xəyanətdə ittiham olunduğunu bildirib və rəqiblərindən susmağı xahiş edib.
Sonradan başlayan dava plastik butulkaların iştirakı ilə baş verən davaya çevrilib. Paytaxtın nümayəndəlik orqanının iclasında fasilə elan edilib.
Xəzər
“Cebheinfo.az”

