DÇ-2026: Əlcəzair İordaniyanı məğlub edib

DÇ-2026: Əlcəzair İordaniyanı məğlub edib

2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, İordaniya millisi Əlcəzairlə qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 07:00-da başlayıb.

Matçda hesabı İordaniya millisi açıb. Buna baxmayaraq, Əlcəzair millisi oyunda geridönüş etməyi bacarıb: 2:1.

Hər iki komanda mundiala məğlubiyyətlə start verib. İordaniya ilk turda Avstriyaya 1:3, Əlcəzair isə Argentinaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, J qrupunun digər oyununda Argentina Avstriyanı 2:0 məğlub edib.

Dünya çempionatı
J qrupu, II tur
23 iyun
07:00. İordaniya – Əlcəzair 1:2

"Cebheinfo.az"