Tərtərdə çətənə bitkisi yetişdirən şəxs tutuldu
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlanıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən 63 yaşlı Valeh Şükürov saxlanılıb.
Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 251 ədəd çətənə bitkisi, eləcə də marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. V.Şükürov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"

