DÇ-2026: Artıq dörd ölkənin millisi turnirlə vidalaşıb
İordaniya millisi də DÇ-2026 ilə vidalaşıb.
"Cebheinfo.az" xəbər verir ki, Əlcəzairə 1:2 hesabı ilə məğlub olan Asiya təmsilçisi qrupdan çıxmaq şansını rəsmən itirib.
Qeyd edək ki, İordaniya mundiala Avstriyaya 1:3 hesablı məğlubiyyətlə başlamışdı. Komanda J qrupundakı son oyununu Argentina millisinə qarşı keçirəcək.
Beləliklə, dünya çempionatında mübarizəni davam etdirə bilməyəcəyi dəqiqləşən komandaların sayı 4-ə yüksəlib.
Hazırda turnirlə vidalaşan yığmalar Haiti, Türkiyə, Tunis və İordaniya milliləridir.
Bu yığmaların qrup mərhələsinin üçüncü turundakı oyunları formal xarakter daşıyacaq.
"Cebheinfo.az"

