Qəribabadi: "İranın 12 milyardlıq aktivləri qaytarılır"
İran ABŞ-la danışıqların yekunlarına əsasən 12 milyard dollarlıq aktivlərin dondurulmasının ləğvinə başlanıldığını bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, aktivlərin dondurulmasının ləğvi ilə bağlı razılaşmanın icrası praktiki mərhələyə keçir.
Onun sözlərinə görə, vəsait hər biri 6 milyard dollar olmaqla iki tranşla ayrılacaq.
"Cebheinfo.az"

