İsrailə qazılan QUYU
"ABŞ və İran tərəfindən imzalanan memorandumda İsrailin İranyönlü qüvvələrə dəstək və ballistik raketlərin azaldılması tələbləri yer almayıb".
"Cebheinfo.az" xəbər verir ki, "Financial Times" qəzeti belə yazır. Bildirilir ki, müqavilə İsrail üçün strateji bir fəlakətə çevrilib.
"Bunun nə qədər strateji bir fəlakət olduğunu şişirtmək çətindir. Müharibədən əvvəlki dövrlərlə müqayisədə bu gün vəziyyət, şübhəsiz ki, daha pisdir.
Artıq bir vaxtlar olduğu kimi ABŞ ilə bir yerdə deyilik", - deyə keçmiş İsrail rəsmisi qəzetə bildirib.
ABŞ Prezidenti Donald Trampın Tehranla müvəqqəti razılaşması İsraildə narazılığa səbəb olub. ABŞ vitse-prezidenti Vens israilliləri "oyanmağa və reallıqla üzləşməyə" çağırıb. ABŞ-nin İsraildəki keçmiş səfiri Dan Şapiro qeyd edib ki, Tramp və Baş nazir Benyamin Netanyahu öz imkanlarını həddindən artıq qiymətləndiriblər və əlverişli strateji mövqeyi boşa veriblər. Münaqişədə itkilərə məruz qalan Tehran mövqeyini gücləndirdiyinə inanır.
Eyni zamanda, qəzetin məlumatına görə, ABŞ Livanda atəşkəs tətbiq etməyə çalışır ki, bu da İsraildə etirazlara səbəb olub. İsrailli siyasi strateq Nadav Ştrauxler bildirib ki, İranla razılaşma oktyabr seçkilərindən əvvəl Netanyahuya ciddi zərbə vurub.
Xəzər
"Cebheinfo.az"

