Bəqayi: "ABŞ öhdəliklərini yerinə yetirməlidir"

Bəqayi: "ABŞ öhdəliklərini yerinə yetirməlidir"

İran Xarici İşlər Nazirliyinin və danışıqlar heyətinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin dondurulmuş aktivlərinin azad edilməsindən sonra yalnız müəyyən məhsulların alınmasında istifadə olunacağına dair iddialarda danışıb.

O,  “Dondurulmuş aktivlərlə bağlı heç bir məhdudiyyət yoxdur”,- deyib.

"Cebheinfo.az" xəbər verir ki, Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasından sonra onların yalnız müəyyən məhsulların alınmasına yönəldiləcəyi barədə iddialara münasibət bildirən Bəqayi deyib: 

“Dondurulmuş aktivlərlə bağlı heç bir məhdudiyyət yoxdur. Ölkənin maraqlarına necə uyğun olarsa, o istiqamətdə istifadə ediləcək”.

Bəqayi bildirib ki, İsveçrədə keçirilən görüşlər zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi ilə görüşməyiblər: 

"BAEA-nın ABŞ-İsrail hücumları nəticəsində zərər görən nüvə obyektlərində yoxlamalara başlaması ilə bağlı hər hansı proqram yoxdur".

O, nüvə məsələləri və sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlanılması üçün memorandumda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb: 

“İranın müdafiə qabiliyyəti, raket proqramı heç bir şəkildə danışıqlarda müzakirə edilməyib və heç vaxt müzakirə mövzusu olmayacaq”.

Nigar Hacılı 
"Cebheinfo.az"