İran və Oman strateji su yolunu müzakirə etdi

İran və Oman strateji su yolunu müzakirə etdi

Məsqət şəhərində İran və Oman dövlət rəsmiləri arasında Hözmüz boğazında son vəziyyətlə bağlı görüş keçirilib.

“Cebheinfo.az” Qərb mənbələrinə istinadən xəbər verir ki, müzakirələrdə İran tərəfini parlament sədri Məhəmməd Baqir Qalibaf və XİN rəhbəri Abbas Əraqçi, Oman tərəfini isə XİN rəhbəri Sayyid Badr bin Hamad Al Busaidi təmsil edib. 

Görüş zamanı tərəflər bir sıra məsələləri müzakirə ediblər. Müzakirələrdə Hörmüz boğazında gəmilərin keçidinin təhlükəsizliyinin təmin edilməsi, bölgədə insidentlərin qarşısının alınması üçün kommunikasiya xəttinin qurulması, gəmilərin hərəkətinin koordinasiyası və iki ölkə arasında boğazın idarə olunmasına dair əməkdaşlığın genişləndirilməsina dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Tərəflər bölgədəki gərgin şərait fonunda beynəlxalq ticarət və enerji daşımalarının davamlılığının vacibliyini də vurğulayıblar.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən beşdə birinin keçdiyi əsas enerji marşrutlarından biridir və burada əldə olunacaq hər hansı razılaşma qlobal enerji bazarları üçün böyük əhəmiyyət daşıyır.

Yunis Abdullayev 
“Cebheinfo.az”