Makronun Putindən gizli XAHİŞİ
“Fransa Avropa İttifaqı (AB) rəhbərliyinin xəbəri olmadan Rusiya ilə gizli əlaqələrə qarşı deyil”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Fransa Prezidenti Emmanuel Makron bildirib ki, AB Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi üçün vasitəçilik edə bilməz. Bu məlumatı və ifadəni Parisin vicdanına buraxıram. Makron özü də Brüssel və hər kəsin xəbəri olmadan Moskva ilə gizli əlaqələr tələb etməyə qarşı deyil", - nazir bildirib.
Xatırladaq ki, 5 iyunda Makron Avropanın dövlətlərin ortaq maraqları ilə bağlı məsələlərdə Rusiya ilə dialoq qurmaqda maraqlı olduğunu bildirib.
Bu arada, "Politico" jurnalı mənbələrə istinadən bildirib ki, Avropa Şurasının Prezidenti Antonio Kostanın ofisi ilə Rusiya arasında əlaqələr haqqında məlumat AB-ni təəccübləndirib.
Qeyd olunur ki, Makron və Almaniya kansleri Fridrix Merts şəxsi söhbətlərində Avropa rəsmisinin hərəkətlərindən "son dərəcə narazı olduqlarını" açıq şəkildə bildiriblər.
Xəzər
“Cebheinfo.az”

