Litva Baş naziri İnqa Ruqiniene istefa verdi
Litvanın Baş naziri İnqa Ruqiniene vəzifəsindən istefa verib.
"Cebheinfo.az" xəbər verir ki, bu gün Baş nazir İnqa Ruqinienenin istefasından sonra Litva qanunvericiliyinə uyğun olaraq yeni hökumətin formalaşdırılması prosesinin rəsmi şəkildə başlayacağı bildirilib.
İstefanın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Ölkə Prezidenti yaxın günlərdə yeni baş nazir namizədi ilə bağlı siyasi məsləhətləşmələrə başlayacaq.
Yeni hökumət formalaşdırılanadək mövcud kabinetin məhdud səlahiyyətlə fəaliyyətini davam etdirəcəyi gözlənilir.
Siyasi müşahidəçilər hesab edirlər ki, Baş nazirin istefası Litvanın daxili siyasi gündəminə təsir göstərə və hakim koalisiyada yeni dəyişikliklərə səbəb ola bilər.
Nigar Hacılı
"Cebheinfo.az"

