18 saat danışdılar: Sənədi isə vasitəcilər yayacaq

18 saat danışdılar: Sənədi isə vasitəcilər yayacaq

İran və ABŞ arasında Bürgenstockda keçirilən danışıqların vasitəçiləri 18 saatlıq müzakirələr zamanı əldə edilən razılaşmaların mətnini təqdim edəcəklər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

Onun sözlərinə görə, mətn iki vasitəçi, yəni Qətər və Pakistan tərəfindən dərc olunacaq: “Orada qeyd etdiyim əsas məqamları əks olunacaq. Bu, 18 saat ərzində əldə edilən razılaşmaların sənədi kimi təqdim ediləcək".

O, həmçinin ABŞ ilə yekun razılaşma üzrə danışıqlara keçmək üçün əsas şərtlər kimi İran neftinin satışı üçün lisenziyaların verilməsini və dondurulmuş İran aktivlərinin sərbəst qalmasını qeyd edib.

Xəzər
“Cebheinfo.az”