Ağdərə turizm mərkəzinə çevrilir - FOTOLAR 

Ağdərə turizm mərkəzinə çevrilir - FOTOLAR 

Ağdərə rayonunda və kəndlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yollar, kommunal xətlər və sosial infrastruktur qurulur, Ağdərənin yeni həyatının təməli qoyulur.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, azad olunmuş bölgələr təkcə bərpa və quruculuq prosesləri ilə deyil, həm də yeni turizm məkanları kimi gündəmə gəlir.

Bu baxımdan, yaxın gələcəkdə Ağdərənin Qarabağın ən cəlbedici turizm ünvanlarından biri olacağı da gözlənilir. 

Rayonun zəngin təbiəti, meşələri, dağları, çayları, bulaqları və tarixi abidələri turizm üçün böyük imkanlar yaradır. Həm turistlərin, həm də yerli sakinlərin istirahəti üçün artıq yeni məkanlar da istifadəyə verilir.

Hazırda Ağdərənin Xaçınçay sahilində dad, atmosfer və tərzin mükəmməl harmoniya təşkil etdiyi bir məkan - “Cənnət İstisu” restoranı insanların ixtiyarına verilib.

Restoranın açılışında Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olanların doğmaları iştirak edib.

Milli Qəhrəman Yelmar Edilovun qızı Ağdərədə belə bir xidmət və istirahət məkanın olmasının turistlər üçün də böyük maraq kəsb edəcəyini deyib.

“Cebhenfo.az”