Özgür Özəl çarəsiz durumda: CHP-də sular durulmur

Özgür Özəl çarəsiz durumda: CHP-də sular durulmur

Məhkəmənin Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayı ilə bağlı verdiyi "mütləq etibarsızlıq" (mutlak butlan) qərarından sonra partiya daxilində gərginlik artır. 

“Cebheinfo.az” xəbər verir ki, “mütləq etibarsızlıq” qərarından sonra CHP daxilindəki hakimiyyət mübarizəsindəki mövqeyi maraq doğuran Mənsur Yavaşla bağlı diqqətəlayiq bir məlumat paylaşılıb.

"Millet Haber" qəzetinin baş redaktoru Sinan Burhan bildirib ki, Nallıhan bələdiyyə sədri ona zəng edib:

“Bildirib ki, Ankaranın beş rayonunun bələdiyyə sədrləri Mansur Yavaşa tam etimad göstərdiklərini, onunla birlikdə hərəkət etdiklərini bəyan ediblər. Qeyd ediblər ki, əgər Mənsur Yavaş və Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl yeni quruma qoşularlarsa, o zaman onlar bu quruma dəstək verməyəcəklər, məhz onlar bu layihənin bir hissəsi olmaq istəmirlər.

Daha sonra Ankaranın beş rayonunun bələdiyyə sədrləri bildiriblər ki, əgər Mansur Yavaş CHP-də qalarsa, onlar da CHP-də qalacaqlar. Əks halda, AK Partiyaya keçəcəklər. Əgər cənab Mansur Özgürün tərəfini tutsa, onu dəstəkləməyəcəklər”. 

Nigar
“Cebheinfo.az”