1 qəpiklik yumurta yoxa çıxdı: Əvəzində yeni qiymət belədir - FOTOLAR

1 qəpiklik yumurta yoxa çıxdı: Əvəzində yeni qiymət belədir - FOTOLAR

Son bir neçə gündür marketlərdə broyler yumurtasının qiymətinin 3-4 qəpik arasında dəyişməsi, bəzi hallarda isə 1 qəpiyə təklif olunması istehlakçılar arasında həm maraq, həm də təəccüblə qarşılanıb. 

Bunu müxtəlif səbəblərlə izah edirlər ki, bu səbəblər arasında ixracatın azalması, anbarlarda məhsulun qalması, istehlak müddətinin bitməsinə az zaman qalması və hətta süni olması da var.

Ancaq maraqlıdır ki, qiyməti ucuzlaşan məhsulu marketlərdən tapmaq mümkün olmur. 

“Cebheinfo.az” əməkdaşının marketlərdə apardığı müşahidələr göstərir ki, nəinki 1 qəpiyə, hətta 4-5 qəpiyə də yumurta tapmaq mümkün deyil.

Əvəzində əksər marketlərdə qablaşdırılmış yumurtanın 10 ədədi 2 manata yaxın qiymətə satılır ki, bu də uculaşmadan əvvəlki qiymətdən (16-17 qəpik) də bahadır. Üstəlik bu, endirimli qiymətdir.

Satıcıların sözlərinə görə, endirimli qiymət ancaq bir istehlakçının məhsuluna aid olur və dərhal tükənir. Digər istehlakçılar yumurtanı əvvəlki qiymətə satırlar.

Xəzər
“Cebheinfo.az”