Pezeşkian təşəkkür üçün Pakistana GEDİR
Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana səfər edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Tasnim" Xəbər Agentliyi Prezident Aparatının İctimaiyyətlə Əlaqələr üzrə direktoru Həbib Abbasiyə istinadən məlumat yayıb.
"Səfər sabah baş tutacaq və çox güman ki, bir gün davam edəcək. Səfərin səbəblərindən biri Pakistanın İran və ABŞ arasında danışıqlarda vasitəçilik səylərinə görə minnətdarlığını bildirməkdir", - deyə o bildirib.
Səfər zamanı iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi də müzakirə olunacaq.
Xəzər
"Cebheinfo.az"

