Lyayen Ermənistandan Rusiyaya mesaj verəcək

Lyayen Ermənistandan Rusiyaya mesaj verəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen gələn həftə Ermənistana səfər etməyi planlaşdırır. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Politico” qəzeti yazıb. 

Nümayəndə heyətinə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Koşun da daxil olacağı qeyd edilir.

Səfərin iyulun 1-də baş tutacağı bildirilsə də, yekun tarix hələ təsdiq olunmayıb. 

“Politico”-nun yazdığına görə, bu səfər iyun ayında keçirilən parlament seçkilərində rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyana dəstək nümayişi kimi qiymətləndirilir.

Nəşr qeyd edir ki, səfər Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək və Qərb tərəfdaşları ilə əməkdaşlığı inkişaf etdirmək səyləri fonunda baş tuta bilər. 

Aİ rəsmilərindən biri “Politico”-ya açıqlamasında  bildirib ki, Ermənistan Rusiya tərəfindən sıx və davamlı təzyiq altındadır və Avropa Komissiyası rəhbərinin səfəri Yerevana dəstək üçün mühüm siyasi siqnal ola bilər. “Bu, Avropanın Ermənistanın yanında olduğuna dair bir siqnal olar”,- deyə adıçəkilən nəşr yazır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”