Bakıda çox sayda tibb bacısı zəhərlənib? TƏBİB ARAŞDIRIR

Bakıda çox sayda tibb bacısı zəhərlənib? TƏBİB ARAŞDIRIR

Respublika Klinik Xəstəxanasının Bilgəh korpusunda tibb bacılarının kütləvi zəhərlənməsi ilə bağlı iddia yayılıb.

Ajans.az-ın əldə etdiyi məlumata görə, Respublika Klinik Xəstəxanasının müvəqqəti köçürüldüyü Bilgəh korpusunda aparılan dezinfeksiya işlərindən sonra çox sayda tibb bacısı zəhərlənib. İddiaya görə, korpusda yaranan nəmişlik səbəbindən bit və birə yayılıb. Dezinfiksiya işləri isə bu antisanitar vəziyyətlə əlaqəli aparılıb. 

Məlumata əsasən, onların böyük bir qismi reanimasiya şöbəsinə yerləşdirilib. İddiaların nə dərəcədə doğru olması ilə bağlı isə rəsmi məlumat verilmir.

Əgər həqiqətən də dezinfeksiya işləri aparılıbsa, əməkdaşların zəhərlənməməsi üçün niyə əvvəlcədən təhlükəsizlik tədbirləri görülməyib? Dezinfeksiya hansı maddələrlə aparılıb? Proses zamanı hansı təhlükəsizlik qaydaları pozulub?

İddialara görə, dezinfeksiya işlərini tibb bacıları həyata keçirib. Bəs niyə prosess tibb personalı tərəfindən icra edilib?

Mövzu ilə bağlı Ajans.az tərəfindən TƏBİB-ə sorğu ünvanlanıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılır və araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə məlumat veriləcək.

TƏBİB xəbəri nə təsdiqləyib, nə də təkzib edib. Əgər belə bir hadisə baş veribsə, qurumun bundan xəbəri olmayıb? Hazırda konkret olaraq nə araşdırılır – hadisənin özü, yoxsa TƏBİB bu iddialardan ilk dəfədir xəbər tutur?

"Cebheinfo.az"