Putinin Şimali Koreyadan gətirdiyi əsgərləri bu ölkə almaq istəyir

Putinin Şimali Koreyadan gətirdiyi əsgərləri bu ölkə almaq istəyir

Cənubi Koreya Rusiya tərəfində döyüşən və Ukrayna tərəfindən əsir götürülən bütün Şimali Koreya hərbi əsirlərini qəbul etməyə hazırdır.

“Cebheinfo.az” bu barədə “Reuters” agentliyinə istinadən yazır. 

Xarici İşlər Nazirliyi Şimali Koreya vətəndaşlarının Rusiyaya və ya Şimali Koreyaya məcburi şəkildə geri qaytarılmasına qarşı olduğunu vurğulayıb. 

Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında hərbi əsirlərin taleyi ilə bağlı qərarların yalnız könüllü əsasda qəbul edilməli olduğu qeyd edilib.

Cənubi Koreya və Ukrayna nazirləri arasında bu məsələ ilə bağlı danışıqların 30 iyun tarixində Seulda keçirilməsi planlaşdırılır.

Xəzər
“Cebheinfo.az”