İşxan Saqatelyana cinayət işi açıldı: Həbs oluna bilər
Ermənistan İstintaq Komitəsi Ermənistan fraksiyasından olan parlament üzvü İşxan Saqatelyana qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürüb.
“Cebheinfo.az”-ın məlumatına görə, “Daşnaksütyun” partiyasının Ermənistan nümayəndəliyinin rəhbəri İşxan Saqatelyan 2 fevral 2026-cı ildə əmlakı haqqında bəyannaməni təqdim etməməkdə ittiham olunur.
Bu əsasda Cinayət Məcəlləsinin 509-cu maddəsinin 1-ci hissəsinin 2-ci bəndi (həbsdə olan əmlakla bağlı qanunsuz hərəkət) və 510-cu maddənin 1-ci hissəsi (borclunun mülkiyyət hüququ əsasında ona məxsus əmlakın tərkibi, miqdarı və yeri barədə bəyannamə təqdim etməmək) ilə cinayət işi başlanıb.
İşxan Saqatelyanla yanaşı, onun həyat yoldaşı barəsində də cinayət işi açılıb.
Qeyd edək ki, iyunun 23-də səhər saatlarında Ermənistan İstintaq Komitəsi tərəfindən Saqatelyanın evində axtarış aparılıb.
“Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətindən İstintaq Komitəsinə daxil olan məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi tərəfindən 5 yanvar 2026-cı il tarixində verilmiş icra sənədi əsasında İşxan Saqatelyana və həyat yoldaşına onlara məxsus əmlakla bağlı hər hansı hərəkət etmək qadağan edilib.
Həmçinin, məhkəmənin qərarı ilə İşxan Saqatelyan və həyat yoldaşı L.H.-yə məxsus 258,15 milyon dram (təxminən 700 min dollar) məbləğində əmlaka həbs qoyulmalıdır.
28 aprel 2026-cı ildə İşxan Saqatelyan digərilərilə yanaşı, müsadirə ediləcək əmlakı da göstərdiyi bəyannamədə təqdim edib”, - deyə qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

