“Bu, heç vaxt müzakirə olunmayacaq”
İranın raketləri Vaşinqton və Tehran arasında imzalanmış anlaşma memorandumuna daxil edilməyib və heç vaxt müzakirə olunmayacaq.
Bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.
O qeyd edib ki, Tehran heç vaxt öz müdafiə imkanları ilə bağlı heç bir ölkə ilə danışıqlar aparmayacaq.
Pezeşkian əlavə edib ki, regionda sülh və sabitlik yalnız qonşu ölkələr arasında səmimi dialoq və əməkdaşlıq yolu ilə əldə edilə bilər.
"Cebheinfo.az"

