Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı

Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Cebheinfo.az"a ​​​​​​bildirilib ki, tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.

Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.

​​​​​​"Cebheinfo.az"