Tramp NATO ölkələrindən KÜSÜB

Tramp NATO ölkələrindən KÜSÜB

"Mən ABŞ Prezidenti Donald Trampın ABŞ-İsrail-İran münaqişəsindən sonra bir neçə ittifaq ölkəsinin hərəkətlərindən narazılığını tam başa düşürəm".

"Cebheifo.az" xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Trampın bəzi ittifaq müttəfiqlərinin İranla münaqişə zamanı ABŞ-ni dəstəkləməkdən imtinası barədə açıqlamalarına münasibət bildirirkən belə deyb.

Rutte iyunun 23-də "Fox News"-da bildirib:

"NATO ilə bağlı bilirəm ki, məyusluq var. Mən məyusluğu tam başa düşürəm".

Eyni zamanda, Rutte əmin olduğunu bildirib ki, bunlar istisna hallardır. O əlavə edib ki, bəzi ittifaq üzv dövlətləri İslam Respublikasına qarşı əməliyyat üçün ABŞ qüvvələrinə bazalarını təqdim ediblər:

"Məsələn, İtaliyanı götürək. "Epik Qəzəb" əməliyyatına dəstək vermək üçün İtaliyadakı ABŞ bazalarından 500 Amerika təyyarəsi havaya qalxıb".

Xəzər

"Cebheinfo.az"